RU

"Bitcoin"in SON qiyməti

Kriptovalyuta bazarında son 24 saat ərzində eniş tendensiyası müşahidə olunub, əsas rəqəmsal aktivlərdə satış təzyiqi güclənib.

Bizim.Media CoinMarketCap platformasına istinadən xəbər verir ki, Bitcoin 2,56% ucuzlaşaraq 68 467 dollar səviyyəsinə düşüb. Ethereum isə daha kəskin- 6% enib və 1 959 dollar olub.
 

Bazarın digər aparıcı aktivlərində də azalma qeydə alınıb. XRP 6,08% enərək 1,45 dollara, BNB 3,54% azalaraq 613 dollara düşüb. Solana 4,46% geriləyərək 85 dollar səviyyəsində qərarlaşıb. Ən böyük itki "Dogecoin"lə bağlı olub. Kripto aktiv 12,28% ucuzlaşaraq 0,10 dollar olub.


Stablecoinlər olan Tether və USDC isə dəyişməyərək 1 dollar ətrafında sabit qalıb.

Bizim.Media

Избранный
87
5
bizim.media

9Источники