RU

“Şamaxı” “Turan Tovuz”u, “Qəbələ” “Sabah”ı qəbul edir – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq. 

İdmanxeber.az xəbər verir ki, sonuncu oyun gününə 2 matç nəzərdə tutulub. 

Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” qalib gəlib – 2:1.

Digər matçda isə lider “Sabah” “Qəbələ”nin qonağı olacaq. Bu oyun saat 17:00-da start götürəcək. Komandaların ilk dövrədə keçirilən matçında “Sabah” 1:0 hesablı qələbə qazanıb.

Misli Premyer Liqası, 20-ci tur

 

16 fevral 

14:30. “Şamaxı” – “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Emin Əliyev

Şamaxı şəhər stadionu

17:00. “Qəbələ” – “Sabah” 

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Elvin Bayramov

Qəbələ şəhər stadionu

Избранный
194
2
idmanxeber.az

10Источники