RU

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyində Azərbaycan Səfirliyinin və “Sholumi” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əsrlərdən gələn ənənə” filminin təqdimat mərasimi keçirilib. Rejissoru Rüfət Əsədov olan sənədli ekran əsəri Azərbaycan və İsrail kinematoqrafçılarını birgə istehsalıdır(prodüser Shaul Siman-Tov(İsrail).

MilliYol.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov İsrail xalqı ilə Azərbaycan arasında çoxəsrlik dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin son illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayaraq Rüfət Əsədovun filminin iki xalq və ölkə arasındakı münasibətlərə böytük töhfə verəcəyinə əminlik ifadə edib.

Rüfət Əsədov Azərbaycanın əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin, müxtəlif sivilizasiyaların qovuşduğu, multikulturalizm və tolerantlıq nümunələrinin yaşadığı məkan olduğunu diqqətə çatdıraraq ərsəyə gəlin filmin də məhz bu nümunələri əks etdirdiyini bildirib.

Sözügedən filmin növbəti təqdimatı Azərbaycan-İsrail Beyəlxalq Assosiyasiyasının və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qüds şəhərində keçirilib. Tədbirdə Qüdsün müxtəlif icmalarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, film xalçaçı-rəssam, kolleksioner, dağ yəhudilərinin mədəni irsinin tədqiqatçısı Albert Rəfiyevin yaradıcılığı haqqındadır. Əslən Quba rayonunun Qırmızı qəsəbəsindən olan filmin qəhrəmanı öz yaradıcılığında Azərbaycan və yəhudi xalqlarının mədəniyyətlərini birləşdirir. Onun əsərlərində Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh şəraitində yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin yüksək səviyyədə olduğu bir ölkə olaraq tərənnüm edilir.

Film artıq bir neçə ölkədən - Amerika Birləşmiş Ştatları, Almaniya, Nuderland, Çexiya, Rusiya və başqa ölkələrdən təkliflər alıb.

Избранный
38
11
milliyol.az

10Источники