RU

Yeniyetməlik dövrünün hormonal sirləri: nələri bilmək vacibdir? – Səhiyyə Nazirliyinin mütəxəssisi

Bakı. Trend:

Yeniyetməlik dövrü insan həyatının ən həssas və formalaşdırıcımərhələlərindən biridir. Bu dövrdə baş verən hormonal dəyişikliklərtəkcə fiziki inkişafı deyil, eyni zamanda psixoloji durum vəgələcək reproduktiv sağlamlığa da təsir edir. Yeniyetmələrinhormonal sağlamlığının vaxtında izlənilməsi bir çox endokrin vəmetabolik problemlərin erkən mərhələdə aşkarlanmasına imkanyaradır.

Trend mövzuilə bağlı Səhiyyə Nazirliyinin Ailə Planlanması Məsləhətxanasınınhəkim-laborantı Könül Abasova ilə müsahibəni təqdim edir.

- Könül xanım, yeniyetməlik dövrü və ona xas olan hormonalprofil nədir?

- Yeniyetməlik dövrü fizioloji, psixoloji və sosialxüsusiyyətlərin sürətli və özünəməxsus şəkildə inkişafı iləsəciyyələnir. Bu dövrdə müşahidə edilməsi gərəkli olan ən mühümamil hormonal profildə izlənilən dəyişikliklərdir. Hormonlar budövrdə inkişaf, metabolizm, cinsi və emosional sağlamlığıtənzimləyən əsas indikatorlardır. Bu dövrü izləmək yeniyetmələrinhormonal inkişafının statusunu anlamağa, vaxtından əvvəlanomaliyaları aşkar etməyə və uzunmüddətli sağlamlığa töhfə verməyəimkan yaradır.

- Yeniyetməlik dövründə əsas hansı hormonlar funksionaləhəmiyyət daşıyır?

- Əsas hormonlar estrogen və testosterondur. Estrogen qızlardacinsi sağlamlığın əsas indikatoru olub süd vəzilərinin inkişafını,menstruasiya dövrünü və piy-yağ balansını tənzimləyir. Testosteronisə oğlanlarda əzələ inkişafı, səs tellərində dəyişiklik, bədəninmüxtəlif nahiyələrində tüklənmə və ümumi cinsi inkişafıdəstəkləyir. Hər iki hormon sümük sağlamlığına, ürək-damarsisteminə və mental sağlamlığa birbaşa təsir göstərir.
Bundan əlavə insulin, kortizol, adrenal hormonlar, tiroidhormonları və prolaktin səviyyələrində də dəyişikliklər müşahidəolunur. Bu hormonlar sümük və əzələ inkişafını, metabolizmi, enerjibalansını, stressə cavabı və idrakla əlaqəli mental sağlamlığıtənzimləyir. Eyni zamanda, onların hər biri reproduktiv sağlamlıqbaxımından mühüm rol oynayır.

- Bəs yeniyetmələrin hormonal və cinsi inkişafı necəizlənilir?

- Hormonal inkişaf yeniyetməlik dövründə əsasən üç mərhələdəizlənilir. Birinci mərhələ 10–13 yaş aralığını əhatə edir. Budövrdə beyin, hipofiz vəzi və cinsiyyət orqanlarının birgəfəaliyyəti — yəni HPG oxunun aktivləşməsi nəticəsində qızlarda südvəzilərinin, oğlanlarda isə xarici cinsiyyət orqanlarının inkişafıbaşlayır.
İkinci mərhələ 14–16 yaş dövrünü əhatə edir. Bu mərhələdə sürətliboy artımı, akne, dərinin yağlanması, iştahın artması və mentalvəziyyətdə dəyişikliklər müşahidə olunur. Üçüncü mərhələ isə 17–19yaş dövrüdür və hormonal stabillik dövrü hesab edilir. Bu mərhələdəcinsi sağlamlıq və funksiyalar tam formalaşır, reproduktivpotensial yüksəlir.

- Yeniyetməlik dövründə hormonal problemlər hansı hallarda özünügöstərir?

- Bu hal, xüsusilə gənc qızlarda görülən polikistoz (PCOS)qeyri-müntəzəm menstruasiya halları, akne, bədənin müxtəlifnahiyələrində tüklənmə, çəki artımı ilə təzahür edir. Əsassəbəbləri androgen hormononun yüksəlməsi və insulinresistentlikdir. Tiroid funksiyasının pozulması isə tiroidhormonunun normadan artıq və ya əksik istehsalı nəticəsindəyaranır. Əsas səbəb kimi autoimmun problemləri göstərilir. Diabettip 2 isə insulin resistentlik problemindən və artıq çəkidən (obez)əziyyət çəkən yeniyetmələrdə rast gəlinir.
Bəzi hallarda yeniyetməlik dövrünün erkən başlaması və ya gecikməsimüşahidə edilir. Erkən başlamaq indikatoru qızlarda 8, oğlanlardaisə 9 yaşdan öncədir və əsasən prematur beyin-hipofizvəzi-cinsiyyət orqanının birgə fəaliyyəti (HPG) tərəfindəndəstəklənir. Yeniyetməlik dövrünün əlamətlərinin hər iki cins üçün14 yaşdan sonra belə müşahidə edilməməsi anomaliya halı sayılır.Əsas səbəb kimi xroniki xəstəliklər, hormonal defisit, və yagenetik problemlər dilə gətirilir.

- Yeniyetmələrdə hormonal profilin diaqnostikası üçün hansımüayinələr tövsiyə olunur?

- Ümumi qan analizi, qlükoza, və və metabolizmik sağlamlıq üçünlipid testlərin verilməsi göstəriş ola bilər. Cinsi sağlamlığınstatusunu dəyərləndirmək üçün isə estrogen, testesteron,folikul-stimullaşdırıc hormon (FSH), TSH (tiroid), kortisol vəprolaktin hormonalarının səviyyələrini yoxlamaq vacibdir. Diabetlivə ya insulin resistentliyi olan pasiyentlər üçün ağız qlükozatestləri, polikistoz və ya digər əlaqəli xəstəliklər üçünsidik-cinsiyyət orqanlarının USM ilə müayinəsi, xüsusi göstərişolduğu halda isə rentgen və MRT yoxlamaları aparıla bilər.

- Sonda, yeniyetmələrdə hormonal profilin sağlam saxlanılmasıüçün nələri tövsiyə edərdiniz?

- Hormon sintezi üçün balanslı qidalanma vacibdir. Adekvatprotein və sağlıqlı yağlar mühümdür. Daim aktiv fizioloji faəlliyətisə məşğul olmaq sümük sağlamlığı, mental sağlamlıq və insulintənzimləyicidir. Xüsusilə, stressdən uzaq durmaqla, mentalsağlamlıqlarını qoruya bilərlər. Bu eyni zamanda, kortizol hormonuprofilinə və cinsi sağlamlığa müsbət təsir edir. Vurğulamaqlazımdır ki, ailənin tibbi keçmişində endokrin və metabolizmqaynaqlı xəstəlikləri olan yeniyetmələrin xüsusilə müntəzəmyoxlanışlardan keçməsi tövsiyə edilir.

Yeniyetməlik
Избранный
21
4
az.trend.az

5Источники