RU

İsrail qəzeti: "Əfqanıstan İrana dəstək verəcək"

İsrailin "The Jerusalem Post" öz mənbələrinə istinadən yazır ki, Əfqanıstanın hakim "Taliban" hərəkatının sözçüsü Zəbihullah Mücahid dünən yerli radioda bu barədə danışıb. Eyni zamanda, o bildirib ki, İrana dəstək nümayişi Əfqanıstanın ABŞ ilə müharibəyə girəcəyi mənasına gəlmir:

"Əfqan xalqı öz köməyini əsirgəməyəcək, amma bu o demək deyiı ki, "Taliban" ABŞ-yə qarşı qisas müharibəsinə qoşulacaq".

İsrail qəzetinin rəyinə görə, Əfqanıstanın belə bir mesajı ABŞ və İran arasında əsasən nüvə proqramı ilə əlaqədar gərgin vəziyyətin diplomatik yolla həllini üstün saydığını göstərir.

Firudin Həmidli
AzVision.az
Избранный
50
1
azvision.az

2Источники