"Medi Hall" klinikasında əməliyyat olunan qadın öldü
Paytaxtın Binəqədi rayonunda yerləşən “Medi Hall” klinikasında ölüm halı baş verib.
aia.az xəbər verir ki, fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova sözügedən klinikadan bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub. Fevralın 13-də isə qadın ölüb.