RU

Naxçıvanda 38 milyon 392 min manatlıq sənaye məhsulu istehsal edilib

Naxçıvan, 16 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında muxtar respublikada 38 milyon 392 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövründəki göstəricidən 19,1 faiz çoxdur. Sənaye məhsulunun 29 milyon 426 min 100 manatı və ya 76,6 faizi malların, 8 milyon 966 min 200 manatı və ya 23,4 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 71,7 faizi emal, 26,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Избранный
99
1
azertag.az

2Источники