TƏBİB Vüqar Qurbanovun vəzifədən azad olunmasını təsdiq edib.
***
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Bu barədə Bakupost məlumat paylaşıb.
Sayt yazır ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Məsələ ilə bağlı TƏBİB-dən mövqe almaq mümkün olmayıb.
Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilib.