RU

Terrorçuluq barədə yalan məlumat verən şəxs həbs edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan və Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitaliy Zabolotskinin barəsində başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vitaliy Zabolotski 6 il müddətinə azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Vitaliy Zabolotskiy Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"

Избранный
30
15
cebheinfo.az

10Источники