RU

Gürcüstanın Baş naziri: ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi ilə yeniləmək istəyirik

Tbilisi, 16 fevral, AZƏRTAC

Gürcüstan Hökuməti ABŞ ilə strateji tərəfdaşlığı yeni mərhələyə daşımaq və bunu konkret yol xəritəsi əsasında yeniləmək niyyətindədir. Xüsusilə Marco Rubio tərəfindən səsləndirilən bu cür mesajlar bizi bu prosesə daha nikbin yanaşmağa sövq edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, verilən bəyanatlar və mesajlar strateji tərəfdaşlığın və münasibətlərin keyfiyyətcə yenilənməsinin mümkünlüyünə dair nikbinlik yaradır. Bu isə Gürcüstan tərəfinin tam istədiyi məqamdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
104
1
azertag.az

2Источники