Sumı bölgəsinin Pokrovka kəndinin Rusiya tərəfindən işğal edildiyi rəsmən təsdiqlənib.
Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, kəndə nəzarəti ələ keçirən "Şimal" qüvvələr qrupunun bölmələri olub.
Bildirilir ki, Pokrovkanın ələ keçirilməsi sərhəd bölgələrində təhlükəsizlik zonasının genişləndirilməsi üçün xüsusi əhəmiyyətə malikdir.
Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, eyni dövrdə Mərkəz Qüvvələr Qrupunun bölmələri Donetskin Minkovka kəndini ələ keçirib. Beləliklə, Rusiya qoşunları Ukrayna ilə müharibədə irəliləyişlərini davam etdirirlər.