RU

Rza Bayramov: Niyazinin mənzil muzeyində 6500 dən artıq eksponat saxlanılır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Maestro Niyazinin mənzil-muzeyi fəaliyyətini Niyazi irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində qurub. Muzey yaradılarkən fonda daxil edilən materialların sayı 4707 ədəd olub. Hazırda isə burada 6500-ə yaxın eksponat qorunur və nümayiş etdirilir. Eksponatlar əsasən Niyazinin müəllif not əlyazmaları, rəsmi sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramofon valları, fotoşəkilləri və şəxsi əşyalarından ibarətdir.

Bunu AZƏRTAC-a açıqlamasında Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov deyib.

O bildirib ki, muzeyin arxiv materiallarından istifadə etməklə tədqiqat aparmaq üçün müxtəlif tədris, elm və mədəniyyət müəssisələrinin nümayəndələri - bəstəkarlar, musiqişünaslar, eləcə də Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Qərbi Kaspi Universitetinin magistr və tələbələri mütəmadi olaraq müraciət edirlər. Eyni zamanda, adıçəkilən ali təhsil müəssisələrinin tələbələri hər il muzeydə tədris təcrübəsi keçirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
1
azertag.az

2Источники