RU

Madaqaskara zərbə endirən Gezani tropik siklonu nəticəsində ölənlərin sayı 59-a çatıb



Madaqaskarın şərqində baş verən Gezani tropik siklonu nəticəsində ölənlərin sayı 59-a çatıb Madaqaskarın Milli Risk və Fəlakətlərin İdarə Edilməsi Ofisinin açıqlamasına görə, siklonun yaratdığı daşqın və güclü küləklər səbəbindən 804 nəfər ağır yaralanıb, 15 nəfər itkin düşüb.

Bəyanatda həmçinin qeyd olunub ki, təxminən 16.400 nəfər evlərindən didərgin düşüb və 423.986 nəfər fəlakətdən təsirlənib, ölkənin beş bölgəsində 25 rayonda genişmiqyaslı ziyan dəyib.
Bəyanatda minlərlə evin dağıldığı və ya ciddi şəkildə zədələndiyi, infrastruktur və kənd təsərrüfatı sahələrinin əhəmiyyətli dərəcədə dağıntılara məruz qaldığı bildirilib.

Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və milli və beynəlxalq yardım təşkilatlarının təsirlənmiş ərazilərə ərzaq, təmiz su və tibbi ləvazimatlar çatdırmaq üçün yerində olduğunu bildiriblər.

Qeyd edilib ki, Gezani iki həftədən az əvvəl baş verən və 14 nəfərin ölümünə səbəb olan Fytia tropik siklonundan sonra Madaqaskara gələn ikinci böyük fırtınadır. Küləyin sürəti saatda 185 kilometri keçib və bu da daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Qasırğa mövsümünün adətən noyabr-mart ayları arasında gücləndiyi Madaqaskarda bu dövrdə can və əmlak itkisinin tez-tez baş verdiyi bildirilib.

aia.az
Tərcümə şöbəsi



Избранный
120
aia.az

1Источники