RU

Fidan Hacıyeva: Sevgi mahnıları bütün mədəniyyətlərdə mövcud olan əbədi mövzudur

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 fevral, Anara Axundova, AZƏRTAC

Sevgi mahnıları bütün mədəniyyətlərdə mövcud olan əbədi mövzudur. Sevgi mahnıları yalnız romantik olmur, belə ki, Vətənə, valideynlərə, övladlara, dostlara, təbiətə sevgi haqqında mahnılar var. Onların hamısı böyüyən nəslin tərbiyəsi üçün vacibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Azərbaycanın Xalq artisti, opera ifaçısı, Vokal Musiqi Məktəbinin təsisçisi və rəhbəri Fidan Hacıyeva söyləyib.

Həmsöhbətimiz bildirib ki, bu yaxınlarda Vokal Musiqi Məktəbində həm peşəkar musiqiçilərin — Fidan Hacıyeva (vokal), Cavid Ələkbərli (gitara), Şahin Yəhyazadə (konsertmeyster), Arzu Mirzəyeva (konsertmeyster), həm də məktəbin tələbələri olan Çarli Emin Neylor (fortepiano), Fərhad Həmmədzadə (vokal), Anar Həmidlinin (vokal) iştirakı ilə musiqili-poetik axşam keçirilib. Tədbir zamanı sevgi mövzusunda mahnılar səsləndirilib. Şairə Gülnarə Sultanova da öz şeiri ilə çıxış edib.

“Çox romantik klassik proqram təqdim olundu. Belə konsertlər çox olmalıdır. İnsanların klassik musiqiyə cəlb edilməsi vacibdir. Xüsusilə uşaqların bu cür konsertlərə cəlb olunması mühüm əhəmiyyət daşıyır. Hesab olunur ki, sevgi mahnılarının ifası uşaqlar üçün tezdir, lakin, məsələn, bizdə cəmi 8 yaşı olan çox gənc iştirakçı - F.Həmmədzadə çıxış etdi. O, mürəkkəb əsərləri ifa etdi və onların öhdəsindən çox yaxşı gəldi”, - deyə F.Hacıyeva söyləyib.

Azərbaycanın sevgi mahnılarının xüsusiyyətlərindən danışan F.Hacıyeva qeyd edib ki, hər xalqın öz temperamenti var və bu, mahnılarda, musiqidə müxtəlif şəkildə əks olunur: “Məsələn, Azərbaycan mahnılarında çoxlu melizmlər var. Bu mahnılarda dərin hisslər əks olunur, insanın daxili vəziyyəti parlaq şəkildə ifadə edilir. Azərbaycanlı kimi mən bunu belə hiss edirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
66
azertag.az

1Источники