Qadınlardan ibarət 3x3 basketbol millimiz ilk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq.
"Football-plus.az" xəbər verir ki, yığma ikinci dəfə təşkil olunan turnirə Avropa Kuboku 2025-in finalçısı kimi iştirak hüququ qazanıb.
Martın 13-dən 15-dək baş tutacaq yarışda milli B qrupunda İspaniya, Kanada və Tayland yığmaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта