RU

Rusiyaya qarşı Xüsusi Tribunal yaradılır – Zelenski açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski “X”platformasında Avropa Şurasının Baş katibi Alen Berse ilə danışdığını bildirib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən bildirir ki, V.Zelenksi yazıb:"Bu çətin günlərdə xalqımıza göstərdikləri dəstəyə və xüsusən də Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti üçün Xüsusi Tribunal yaratmaq səylərinə görə ona və komandasına təşəkkür edirəm" .

Buna rəğmən V.Zelenski hesab edir ki, Avropa Rusiyanı məsuliyyətə cəlb etmək üçün daha böyük birlik nümayiş etdirməlidir.

Bundan başqa, V.Zelesnki qeyd edib:

“Görüş zamanı kompensasiya mexanizminin yaradılmasını müzakirə etdik. Cinayət törədənlərin məsuliyyətə cəlb edilməsi müharibənin ləyaqətlə başa çatması üçün vacibdir".

Aydın Baxış

Избранный
11
1
bakivaxti.az

2Источники