RU

Allahın verdiyi burun, göz kimi cizgilərdən dəyərli heç nə yoxdur

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib. Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.Milli Məclisin deputatı Fazil Mustafa məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, estetik əməliyyatlar artıq bir qədər də moda xarakteri alıb:“Modanın qarşısında dayanmaq çətinləşib. Bu səbəbdən insanlar bəzən görünüşlə bağlı məsələlərdə düzgün düşünə bilmirlər. Halbuki Allahın verdiyi burun, qaş, göz kimi cizgilərdən daha dəyərli heç nə yoxdur. Xüsusi tibbi zərurət olmadıqda estetik əməliyyatların keçirilməsi insan üçün yalnız risk və təhlükə yarada bilər. Təəssüf ki, insanları yenidən tərbiyə edib islah edəcək bir məktəb yaratmağa gücümüz çatmır. Bunu ancaq maarifləndirmə və təbliğat yolu ilə etmək mümkündür.Mən çox istərdim ki, insanlar zərurət olmadıqca belə əməliyyatlardan uzaq dursunlar. Gözəlləşmə, sima və ya bədən dəyişikliyi məqsədi ilə edilən bu əməliyyatların real bir faydası yoxdur. Əksinə, onların zərərləri çox vaxt düzgün dərk edilmir. İnsanlar özlərini olduğu kimi qəbul etməli, görünüşlərini sevməli və həyatlarına bu anlayışla davam etməlidirlər”Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
104
demokrat.az

1Источники