RU

“Qarabağ”ın oyunu ilə bağlı metroda iş vaxtı uzadılacaq

Bakı.Trend:

Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqasıçərçivəsində “Qarabağ” və İngiltərənin "Nyukasl Yunayted" klublarıarasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saatuzadacaq.

Belə ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasınınmüraciəti (AFFA) və “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkiledilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinləringirişinə açıq olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındayerləşən “Gənclik” stansiyasında bir sıra tədbirlər görüləcək.Gücləndirilmiş iş rejimi tətbiq olunmaqla, əlavə işçi qüvvəsiayrılacaq.

Zərurət yaranarsa, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazırsaxlanılacaq. Qatarların hərəkətinə xüsusi qrafik müəyyən edilsədə, ümumilikdə payız-qış üzrə hərəkət cədvəli qüvvədəsaxlanılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da nəzarət mexanizmlərigücləndiriləcək.

Избранный
111
34
az.trend.az

8Источники