RU

Çin avtomobilinin qiymətləri bu qədər artacaq

Son aylarda Çindən Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur.

Avtomobil bazarındakı dinamika göstərir ki, əvvəlki illərlə müqayisədə idxal tempi zəifləyib və kütləvi gətirilmə mərhələsi artıq geridə qalır. Mütəxəssislər bu dəyişiklikdə əsas faktor kimi gömrük siyasətində edilən yenilikləri göstərirlər.

Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən avtomobillərlə bağlı bir sıra gömrük güzəştləri ləğv olunub. Bu qərar idxal xərclərinə birbaşa təsir edib və nəticədə Çin istehsalı avtomobillərin son satış qiymətlərində artım qeydə alınıb. Əvvəllər qiymət üstünlüyü ilə seçilən bu modellər artıq bazarda əvvəlki qədər əlçatan hesab edilmir.

İqtisadçı ekspert Vüqar Oruc bildirib ki, güzəştlərin dayandırılması avtomobillərin qiymətində orta hesabla 5-10%, bəzi hallarda isə 15%-ə qədər artıma səbəb olub. Bu artım alıcıların büdcəsinə təsir göstərdiyindən Çin avtomobillərinə müraciətlərin sayı azalıb.

Избранный
48
5
azpost.info

5Источники