RU

"Xaç atası"nın aktyoru vəfat etdi

“Oskar” mükafatlı amerikalı aktyor Robert Duvall 95 yaşında dünyasını dəyişib.

Ölkə.az xəbər verir ki, onun vəfat xəbərini həyat yoldaşı Luciana Pedraza sosial media hesabında paylaşıb.

Luciana Duvall mərhum aktyorun hesabından etdiyi açıqlamada bildirib: “Dünən sevimli həyat yoldaşıma, əziz dostuma və dövrümüzün ən böyük aktyorlarından birinə vida etdik. Bob sevgi və huzur içində, evində sakit şəkildə gözlərini əbədi yumdu. Dünya üçün o, Oskar mükafatlı rejissor və böyük hekayəçi idi. Mənim üçün isə hər şey idi”.

Duvall xüsusilə "Xaç atası" filmində vəkil Tom Hagen və "Apokalipsis indi" ekran əsərində polkovnik Bill Kilqor rolları ilə yadda qalıb. O, həmçinin "To Kill a Mockingbird" filmində “Boo Radley” obrazı ilə geniş tamaşaçı rəğbəti qazanmışdı.

Həmidə İbrahimova

Избранный
39
olke.az

1Источники