RU

Prezident Münxendə strateji xətti açıqladı: Sülh, Orta Dəhliz və təhlükəsizlik prioritetdir - ŞƏRH

"Cənab prezidentin, təbii ki, hər il olduğu kimi, bu il də Münxen Təhlükəsizlik Konfransında iştirakı dövlətimizin beynəlxalq imici və eyni zamanda xarici siyasəti baxımından uğurlu addımlardan biridir. Hər il olduğu kimi, bu il də cənab prezident ölkənin təhlükəsizlik strategiyası ilə bağlı orada mesajlar verdi və eyni zamanda görüşlər keçirdi. Ən vacib məqamlarda isə regional və beynəlxalq təhlükəsizliyə Azərbaycan Respublikası olaraq verə biləcəyimiz töhfələr haqqında mesajlarını çatdırdı".

Bu fikirləri Redaktor.az-a Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfrasındakı verdiyi siyasi mesajlardan danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi.

Müsahibimiz qeyd edti ki, prezidentin keçirdiyi bütün görüşlərdə, həm ikitərəfli, həm də çoxtərəfli formatda ölkənin və regionun təhlükəsizliyi ilə bağlı müsbət fikirlər səsləndirildi, Azərbaycan Respublikasının verə biləcəyi töhfələr və atacağı addımlar barədə məlumat verildi:

"Münxen Konfransında da cənab prezident Azərbaycanın həm regional, həm də beynəlxalq təhlükəsizlik baxımından gələcək strateji planları haqqında mesajlar verdi. İlk növbədə bölgəmizlə bağlı, yəni Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması sahəsində Azərbaycanın atdığı və atacağı addımlar barədə fikirlərini ifadə etdi. Şübhəsiz ki, bölgədə xüsusilə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı ən əsas məsələlərdən biri Ermənistanla imzalanacaq sülh müqaviləsidir. Eyni zamanda regional təhlükəsizliyin təmin olunmasında Orta Dəhlizin açılması da mühüm əhəmiyyət kəsb edir. Kommunikasiya xətlərinin açılması, yükdaşımaların təmin edilməsi və infrastruktur dəhlizinin fəaliyyətə başlaması bölgə üçün sülhün təminatında ən vacib vasitələrdən biri olacaq. Çıxışında bir daha vurğulandı ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir və bundan sonra da yerinə yetirəcək. İnanıram ki, Prezidentin atdığı addımlar həm dövlətimiz, həm regionumuz, həm də beynəlxalq təhlükəsizlik üçün mühüm nəticələr verəcək".

Nuriyyə NATİQQIZI

Избранный
68
3
redaktor.az

4Источники