RU

Aprelin 1-dən Rusiyada “Telegram” tam bloklanmayacaq — Dövlət Duması

Aprelin 1-dən Rusiyada “Telegram”ın tam bloklanması gündəmdə deyil.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin müavini Andrey Svintsov məlumat verib.

A.Svintsov bildirib ki, aprelin 1-dən etibarən “Telegram” messencerinin Rusiyada tamamilə bloklanması nəzərdə tutulmur.

Hazırda müzakirələr yalnız ayrı-ayrı kanallar üçün tətbiq edilə biləcək məhdudiyyətlər ətrafında gedir.

“Yalan və qadağan olunmuş məlumatların yayılması mənbəyi kimi məhz ‘Telegram’ kanallarına qarşı müəyyən əlavə məhdudiyyətlərin tətbiqi mümkündür, lakin messencerin özü mesajlaşma vasitəsi kimi aprelin 1-dək bloklanmayacaq”, – deputat əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
84
interpress.az

1Источники