RU

Qobustanda dörd rayonun sakinləri üçün vətəndaş qəbulu keçiriləcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 17 fevral, AZƏRTAC

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov fevralın 25-də Qobustanda vətəndaşları qəbul edəcək.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Qobustan, Şamaxı, İsmayıllı və Ağsu sakinləri iştirak edə bilərlər.

Qəbula çağrı mərkəzinin 146-2 və ya 146-3, elektron formada www.edu.gov.az saytının “Əlaqə” bölməsi və ya vatsap +994 51 206 78 48 vasitəsilə yazılmaq mümkündür.

Qeydiyyat fevralın 19-u saat 18:00-dək davam edəcək. Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
94
2
azertag.az

3Источники