RU

"Bu artıq cinayətdir!" - Lukaşenko qəzəbləndi

2025-ci ilin ikinci yarısında Belarus sənayesində azalma 1,8 faiz, 2026-cı ilin yanvar ayında isə 3,4 faiz olub.

Publika.az "BelTA"ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Hökumətin illik hesabatını qəbul edən Lukaşenko qeyd olunan rəqəmlərə qəzəblənib.

Belarus prezidenti bildirib ki, keçən il Rusiyada - əsas bazarda təxminən 1 milyard dollar həcmində çatışmazlıq yaranıb və həmçinin, bu bazara idxal olunan məhsulların bəzilərinin ödənişsiz qaldığı qeyd edilib.

"Eyni səhvləri təkrarlayırıq. Bu artıq cinayətdir. Əsas məhsulların istehsalında azalma müşahidə olunur," - deyə dövlət başçısı bildirib.

Избранный
45
publika.az

1Источники