Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Bir neçə il əvvəl Bakıda Azərbaycan millisi ilə oyunda iştirak etmişdim".
Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında İngiltərə təmsilçisinin futbolçusu Entoni Elanqa deyib.
O bildirib ki, Azərbaycan futboluna və hansı potensiala malik olduğuna bələddirlər:
"Qarabağ" barədə məlumatımız var. Bu komandanın "Kopenhagen"ə qalib gəlməsi və "Çelsi" ilə heç-heçə etməsi diqqətimi çəkmişdi. Ümumiyyətlə Çempionlar Liqasında zəif komanda olmadığını düşünürəm".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofıq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək.
Murad Nəsimi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.