RU

Ermənistandakı Aİ Monitorinq Missiyasına yeni rəhbər təyin edilib

Avropa İttifaqı Şurası fevralın 17-də Satu Koyvunu Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının yeni rəhbəri təyin edib.

"Report" xəbər verir ki, bu barədə şuranın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Koyvu öz vəzifəsinin icrasına fevralın 20-də başlayacaq. O bu postda Markus Ritteri əvəz edəcək.

Xatırladaq ki, missiya öz fəaliyyətinə 20 fevral 2023-cü ildə başlayıb. Aİ Şurası 30 yanvar 2025-ci il tarixində Ermənistandakı missiyanın mandatını iki il müddətinə - 19 fevral 2027-ci ilə qədər uzadıb.

Избранный
155
1
far.az

8Источники