RU

Xameneyi yenə HƏDƏLƏDİ:  ABŞ gəmilərini batırarıq

Vətəninfo.az xəbər verir ki, dünən Vaşinqton və Tehran arasında Cenevrədə aparılan danışıqlar fonunda İranın ali rəhbəri sərt açıqlama verib. Xameneyi Şərqi Azərbaycan əyalətinin sakinləri ilə görüşündə ABŞ-nin bölgəyə göndərdiyi hərbi gəmilərlə bağlı təhdid xarakterli fikirlər səsləndirib.

Xameneyi bildirib ki, ABŞ prezidenti daim öz ordusunu “dünyanın ən güclü ordusu” kimi təqdim edir. Onun sözlərinə görə, “dünyanın ən güclü ordusu belə bəzən elə zərbələr ala bilər ki, ayağa qalxa bilməz”.

O, ABŞ-nin İran suları yaxınlığına təyyarədaşıyan gəmi göndərməsi ilə bağlı açıqlamalara da toxunub: “Təyyarədaşıyan gəmi təhlükəli vasitədir. Ancaq ondan daha təhlükəlisi onu dənizin dibinə ata biləcək silahdır”.

Xameneyi ABŞ prezidentinin son çıxışlarından birinə istinad edərək deyib: “47 ildir Amerika İslam Respublikasını məhv edə bilməyib. Bu, yaxşı etirafdır. Siz bunu bundan sonra da edə bilməyəcəksiniz”.

Избранный
46
1
veteninfo.az

2Источники