RU

Bu ölkələrdə Ramazan ayıBAŞLADI

Ramazan ayının başlaması İslam dünyasını iki hissəyə bölüb.

Redaktor.az xəbər verir ki, müqəddəs ay müxtəlif ölkələrdə iki fərqli tarixdə başlayır.

Belə ki, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, Bəhreyn, Küveyt, İraq, Livan, Somali və Sudanda dünən axşam yeni ayın görünməsi ilə bu gün, fevralın 18-i Ramazan ayının ilk günü elan olunub.

Azərbaycan da daxil olmaqla, bir çox digər ölkələrdə isə Ramazan ayının sabah, fevralın 19-u başlayacağı bildirilir. Belə ki, Türkiyə, Suriya, İordaniya, Misir, Tunis, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Sinqapur, Malayziya, Bruney, Filippin, İndoneziya və Oman artıq Ramazan ayının fevralın 19-da başlayacağını elan ediblər.

İranda da eyni tarix oruc tutulması üçün təxmini gün olaraq elan edilib.

Избранный
106
50
redaktor.az

10Источники