RU

WSJ dən şok iddia: İranın zənginləşdirdiyi uran 12 atom bombası hazırlamağa yetər

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

İranın zənginləşdirdiyi uran 12 atom bombası hazırlamağa yetər. 

Ölkə.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşr amerikalı rəsmilərə istinadən yazıb ki, İran ABŞ-a zənginləşdirdiyi uranının bir hissəsini Rusiyaya təhvil verməyə hazır olduğunu bildirib. 

Nəşrin qeyd etdiyi kimi, yüksək dərəcədə zənginləşdirilmiş uran 12 nüvə bombası üçün kifayətdir.

Nəşr qeyd edib ki, İran həmçinin ABŞ-a üç ilə qədər uranın zənginləşdirilməsini dayandırmağı təklif etməyə hazırdır. Lakin ABŞ İranın uranın zənginləşdirilməsini tamamilə dayandırmasında israr edir.

Qeyd edək ki, fevralın 17-də Cenevrədə İran və ABŞ danışıqların ikinci  raundu baş tutub. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, tərəflər razılıq əldə etmək barədə fikirlərini təqdim ediblər. ONazirin sözlərinə görə, İran və ABŞ yeni danışıqlar üçün tarix təyin etməzdən əvvəl razılaşma üçün zəmin yaratmaq məqsədilə mətn mübadiləsi aparmaq barədə razılığa gəliblər.

ABŞ rəsmisi WSJ-yə bildirib ki, "irəliləyiş əldə edilib, lakin müzakirə ediləcək bir çox detal hələ də var".

“The Wall Street Journal”ın yazdığına görə, İranın mövcud zənginləşdirilmiş uran ehtiyatlarının əksəriyyətinin 2025-ci ilin iyun ayında ABŞ və İsrail tərəfindən dağıdılmış nüvə obyektlərinin dağıntıları altında basdırıldığı güman edilir. İyun hücumundan dərhal sonra “The New York Times” qəzeti ABŞ kəşfiyyatının məlumatına görə, zərbələr nəticəsində nüvə materialının yalnız kiçik bir hissəsi məhv edildiyini və İran hakimiyyətinin zənginləşdirilmiş uran ehtiyatlarının əksəriyyətini daşıyıb gizlətdiyini bildirib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
1
olke.az

2Источники