“Qarabağ” dünyanın ən mötəbər klub turniri sayılan Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununa çıxır. Rəqib də “Nyukasl”dı.
Qurban Qurbanovun bu gün meydana buraxacağı “11-lik” necə olacaq? Ümumiyyətlə, baş məşqçi hansı mövqelər ilə bağlı tərəddüd edə bilər?
Mateuş Koxalskinin kiçik zədəsi var idi. Amma tam sağalıb. Dünən baş məşqçi də böyük ehtimalla polşalı qapıçının oynayacağını dedi.
Müdafiə xətti sabitdi - Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Silva.
Dayaq yarımmüdafiəçiləri də, yəqin ki, Pedro Bikalyo və Marko Yankoviç olacaq.
Sol cinah vingeri kimi Abdulla Zubir, sağda isə Leandro Andrade əvəzolunmazdı.
Hücumun sivri hücumunda da komandanın bu mövsüm ÇL-dəki bombardiri Kamilo Duran yer alacaq.
Qalır 10 nömrə mövqeyi. Bir neçə namizəd var - Kadi Borges, Emmanuel Addai, Xoni Montiel. Böyük ehtimalla Montiel oynayacaq. O, indiki idman formasına və göstərdiyi oyuna görə Addaidən çox üstündü. Kadinin hazır olmasına zaman lazımdı. Həm zədədən qayıdıb, həm də artıq çəkisi var.
Bir sözlə, “Qarabağ” “Nyukasl”la qarşı bu start heyəti ilə oynayacaq: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Pedro Bikalyo, Marko Yankoviç, Abdulla Zubir, Xoni Montiel, Leandro Andrade, Kamilo Duran.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта