RU

Hamilə qadınlar necə qidalanmalıdır? - Həkimdən MƏSLƏHƏT

"Nəzərə almalıyıq ki, hamiləlik xəstəlik deyil, biz ona belə yanaşmamalıyıq. Bu, adi fizioloji bir haldır və qadın həyat boyu bu prosesi iki-üç dəfə və ya daha çox keçirir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda vurğuladı.

Onun sözlərinə görə, əsas qidalar vitamin tərkibli olmalıdır:

"Yəni meyvə, tərəvəz və zülal mütləq lazımdır. Həm heyvan zülalı, həm də bitki zülalı vacibdir. Məsələn, bitki zülalı kimi lobya və mərci; heyvan zülalı kimi isə ət, toyuq və yumurta. Biz həmişə tövsiyə edirik ki, qidalanmada şirniyyata yox, zülal və vitaminə, yəni meyvə və tərəvəzə üstünlük verilsin".

Nuriyyə NATİQQIZI

Избранный
85
1
redaktor.az

2Источники