RU

“Rusiya Ermənistanın bu addımını qəbuledilməz hesab edir” - Zaxarova

“Moskva İrəvanın Ermənistanın dəmir yollarına nəzarətini Rusiya əvəzinə başqa bir ölkəyə təhvil vermək barədə açıqlamalarını qəribə və qəbuledilməz hesab edir”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Rusiya bütün kommunikasiyaların açılması üçün ardıcıl olaraq mübarizə aparıb. Ermənistan Dəmir Yolu 20 ildən çoxdur ki, Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyindədir və nəinki güzəşt müqaviləsinin şərtlərini ardıcıl olaraq yerinə yetirib, həm də infrastruktura və dəmir yolu heyətinə xeyli vəsait yatırıb. Çoxlu sayda iş yeri yaradıb", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
64
missiya.az

1Источники