RU

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

Bakı. Trend:

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan UşaqQaynar Xətt Xidməti” ötən il ərzində uşaqların müdafiəsi vərifahının təmin olunması istiqamətində fəaliyyətini davam etdirib.2025-ci ildə qaynar xəttə ümumilikdə 5520 müraciət daxil olub.

Müraciətlər xidmət tərəfindən sistemli şəkildə təhlil edilib,risklərin vaxtında müəyyən olunması və qarşısının alınmasıməqsədilə erkən müdaxilə mexanizmləri işə salınıb. Bu çərçivədə 127ailəyə birbaşa səfər təşkil edilib, hər bir hal üzrə sosialqiymətləndirmə aparılıb, onlayn konsultasiyalar və ödənişsiz hüquqidəstək təmin olunub.

Həmçinin, fərdi hallar üzrə uşaqlarla ayrıca görüşlər təşkiledilib, dövlət qurumları ilə multidissiplinar əməkdaşlıqçərçivəsində koordinasiyalı iş aparılıb, qrup terapiyaları həyatakeçirilib. Ümumilikdə, görülən tədbirlər konkret müraciətlərinhəlli ilə yanaşı, uşaqlar, valideynlər və cəmiyyət arasındaməlumatlılığın artırılmasına, təhlükəsiz mühitin təşviqinə vəqaynar xəttin əlçatanlığının genişləndirilməsinə xidmət edib.

Müraciətlərin təsnifatına gəldikdə, onların əhəmiyyətli hissəsiuşaqların psixoloji və sosial rifahı ilə bağlı olub. 1605 müraciətpsixoloji problemlər, 823 müraciət sosial məsələlər, 808-i isəzorakılıq halları ilə əlaqəli olub. Qeyd edək ki, zorakılıqla bağlımüraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də,kiberzorakılıqla bağlı 120, qısnama (bullinq) ilə bağlı 53 müraciətqeydə alınıb.

2025-ci il ərzində uşaqların istismarı və həssas vəziyyətindənsui-istifadə hallarına dair ümumilikdə 165 müraciət qeydə alınıb.Bunların 60-ı erkən nikah, 54-ü təhlükəli ailə mühitini tərk etmə,44-ü dilənməyə məcbur edilmə, 7-si isə əməyin istismarı hallarınıəhatə edib.

Bundan əlavə, sosial sahə üzrə müraciətlərdən 168-i sığınacaqlatəmin olunma, 76-sı isə intihar düşüncələri və təşəbbüs cəhdləriüzrə qeydə alınıb ki, bu da psixoloji dəstəyə olan ehtiyacınaktuallığını göstərir.

Hüquqi yardım üzrə 730, təhsil sahəsi üzrə 302, səhiyyə hüququüzrə isə 56 müraciət daxil olub. Digər müraciətlər isə ümumixarakterli suallar və xidmət barədə məlumat sorğularını əhatəedib.

Statistik göstəricilərə əsasən daxil olan müraciətlərin 2995-iqadın, 1541-i kişi tərəfindən, 984-ü isə anonim şəkildə edilib. Yaşbölgüsünə gəldikdə, ümumilikdə 2025-ci ildə qeydə alınanmüraciətlərin 3754-ü 15–18 yaş, 1324-ü 11–14 yaş, 442-si isə 10yaşa qədər olan uşaqlarla bağlı olub.

“Uşaq Qaynar Xətti”nin fəaliyyəti yalnız müraciətlərincavablandırılması ilə məhdudlaşmayıb. Qaynar xətt 2025-ci ilərzində məktəblərdə və onlayn platformalarda maarifləndirməkampaniyaları da təşkil edib.

2010-cu ildən fəaliyyət göstərən qaynar xətt xüsusi qayğıyaehtiyacı olan bütün uşaqlar və onların problemləri ilə bağlımüraciət edən şəxslər üçün nəzərdə tutulub. Xidmət çətin vəziyyətədüşmüş uşaqlara dəstək göstərməyi hədəfləyir. Dəstək Xəttin əsasprinsipi məxfiliyin qorunmasıdır. Daxil olan məlumatlar yalnızzəruri hallarda və müraciət edənin razılığı ilə aidiyyəti qurumlaraötürülür.

Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt,rəsmi internet səhifəsi, sosial şəbəkələr və mobil tətbiqlərvasitəsilə xidmət göstərən “Azərbaycan Uşaq QaynarXətt” xidmətinə ümumilikdə 81000-dən çox müraciət daxil olub.Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslərİctimai Birliyi tərəfindən həyata keçirilir.

Məqalədə:
Избранный
29
16
az.trend.az

10Источники