RU

​17 mart qeyri-iş günüdür?

Azərbaycanda 17 mart axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Metbuat.az xəbər verir ki, Novruz bayramı ərəfəsində qeyd olunan Su, Od, Yel və Torpaq çərşənbələri milli - ənənəvi günlər olsa da, onlar rəsmi tətil günləri hesab edilmir. Bu səbəbdən 17 mart - çərşənbə gününə təsadüf etsə belə, adi iş günü sayılır. Qeyri-iş günləri yalnız Novruz bayramının rəsmi qeyd olunduğu günləri əhatə edir.Qeyd edək ki, 2026-cı ildə iş vaxtı norması və istehsalat təqviminə əsasən, Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixləri qeyri-iş günləri elan edilib.

Ülkər Cəlilzadə / Metbuat.az

Избранный
65
metbuat.az

1Источники