RU

Makron iki dəfə təklif etdi, razı olmadılar Merzdən ilginc açıqlama

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Almaniya öz nüvə silahını yaratmaq barədə düşünməməlidir. Bunun əvəzinə Fransa ilə nüvə bombalarının birgə istifadəsi imkanını müzakirə etmək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

Merz xatırladıb ki, vaxtilə  general Şarl de Qoll Almaniyanı Fransanın “Force de Frappe” nüvə çətiri altına daxil etməyi Qərbi Almaniyanın (AFR) ilk federal kansleri Konrad Adenauerə təklif edib. Lakin Adenauer bu təklifi rədd edib.

Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron da bu mövzunu artıq iki dəfə gündəmə gətirib. Lakin Merzin sələfləri bu təşəbbüsü qəbul etməyiblər.

Kansler vurğulayıb ki, Almaniya Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) imzalayıb və bu sazişdən tez bir zamanda çıxmaq mümkün deyil.

“Paris yalnız bir təyyarə modeli hazırlamağı planlaşdırır və əsasən Fransanın ehtiyaclarına uyğun texniki tələblərə üstünlük verir. Bu isə bizim ehtiyaclarımız deyil. Ona görə də bu, siyasi mübahisə yox, real texniki tələblər problemidir. Əgər məsələni həll edə bilməsək, layihəni davam etdirə bilməyəcəyik,” — deyə, o, bildirib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
globalinfo.az

1Источники