RU

RİA Novosti: "Cenevrə danışıqları nəticəsiz qurtarıb"

Rusiyanın "RİA Novosti" məlumat agentliyi öz mənbələrinə istinadən xəbər yayıb ki, ikigünlük danışıqlar rəsmi surətdə başa çatıb. Üç ölkənin: Rusiya, ABŞ və Ukraynanın nümayəndələri ərazi, energetika, humanitar və təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparıblar.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Moskva və Kiyevin Vaşinqtonun vasitəçiliyi ilə danışıqlarının növbəti mərhələsi dünən və bu gün İsveçrənin Cenevrə şəhərində keçirilib. Görüşə Rusiyadan Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində, ABŞ-dən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, habelə Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərliyində heyətlər qoşulublar.
Medinski:"Növbəti üçtərəfli görüş keçiriləcək"

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də canım qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib.

Firudin Həmidli
AzVision.az
Избранный
72
1
azvision.az

2Источники