RU

Klubunda hamıdan çox maaş alacaq

Bukayo Saka “Arsenal” ilə müqaviləsini yeniləyib.

"Football-plus.az" xəbər verir ki, o, klubu ilə müddəti 2030/31 mövsümünün sonuna qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkib. Saka yeni anlaşma ilə “Arsenal”ın ən çox məvacib alan futbolçusu olub. Məlumata görə, onun həftəlik qazancı 340 min avronu keçəcək.

24 yaşlı sağ cinah oyunçusu London klubunun heyətində indiyədək 296 oyuna çıxıb, 77 qol vurub və 78 məhsuldar ötürmə edib.

Избранный
67
3
football-plus.az

6Источники