GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Kubaya qarşı siyasətini və Vaşinqtonun bu ölkədən gələn təhlükə ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıb.
Globalinfo.az xəbər verir ki, nazir bu fikirləri Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla ilə keçirilən görüş zamanı səsləndirib.
Lavrov bildirib ki, ABŞ tərəfindən Kuba ilə bağlı irəli sürülən ittihamlar əsassızdır. Onun sözlərinə görə, Vaşinqtonun Havananın Moskva ilə əməkdaşlığının ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı barədə iddiaları da qəbulolunmazdır.
Rusiyalı diplomat əlavə edib ki, ABŞ tərəfindən Rusiyanın “düşmən və zərərli dövlət” kimi təqdim olunması ikitərəfli münasibətlərdə gərginliyi daha da artırır.
Görüş zamanı tərəflər beynəlxalq gündəlikdəki aktual məsələləri, həmçinin Rusiya-Kuba münasibətlərinin inkişaf perspektivlərini də müzakirə ediblər.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.