RU

Lavrov: “İrana zərbələr pis nəticələr verəcək”

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al Arabiya” telekanalına müsahibəsində belə deyib. “Nəticələr pisdir. Artıq İranda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən monitorinq edilən nüvə obyektlərinə zərbələr endirilib”, - Rusiya XİN-in rəhbəri xatırladıb. Onun sözlərinə görə, ABŞ və İsrailin 2025-ci ilin iyun ayında İrana hücumları nəinki MAQATE-nin və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) nüfuzuna xələl gətirib, həm də “nüvə insidenti ilə bağlı real risklər” daşıyıb. - İranlı həmkarlarımızın sözlərinə görə, hazırda vəziyyət az-çox normaldır. Lakin nüvə obyektlərinə endirilən zərbələr iranlıları MAQATE-nin nəzarəti altında olan və “toxunulmaz” nüvə materiallarının fiziki baxımdan qorunması barədə düşünməyə məcbur edib”, - Sergey Lavrov vurğulayıb. Rusiya diplomatiyasının rəhbərinin fikrincə, ABŞ və İsrailin hərəkətləri fiziki risklər yaratmaqla yanaşı, rəsmi Tehranın dəfələrlə bəyan etdiyi kimi, məcburi olan beynəlxalq norma və müqavilələrin nüfuzuna da xələl gətirir. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
2
azvision.az

3Источники