RU

NАSА Ay raketinin sınaqlarının yeni tarixini açıqladı

Ay üçün nəzərdə tutulmuş Space Launch System (SLS) super ağır raketinin yanacaqdoldurma sınaqlarının yeni cəhdi fevralın 19-da baş tutacaq. Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verirki, bu barədə NASA məlumat yayıb.

Amerika kosmik agentliyinin məlumatına görə, yeni sınaqlardan əvvəl, fevralın 12-də keçirilən sınaqların nəticələri nəzərə alınacaq. Həmin sınaqlar maye hidrogenin tədarükünə cavabdeh olan yerüstü sistemlərdə problemlər aşkar etmişdi.

Sınaqlar uğurla başa çatarsa, SLS raketinin Orion gəmisi ilə buraxılış cəhdi martın 6-dan tez olmayacaq.

Daha əvvəl NASA, pilotlu Ay missiyası Artemis II-nin buraxılışını fevraldan marta təxirə saldığını bildirmişdi.

Almaz Həsənli

Избранный
60
1
oxumeni.az

2Источники