RU

Günə 5 ədəd istehsal edir - Həftəlik 1400 manat qazanır

  •  

Türkiyənin Ərzurum şəhərinin Oltu rayonunun 63 yaşlı sakini Halis Aydın ibtidai məktəb təhsilini başa vurduqdan sonra böyüklərindən öyrəndiyi təsbeh hazırlamaq sənəti ilə həvəslə məşğul olur.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən 45 ildir daş təsbehləri hazırlayan Aydın sənətini bağçasında qurduğu kiçik bir emalatxanada davam etdirir.

Səhər tezdən iş masasında başlayan Aydın axşam azanına qədər işləyir və gündə orta hesabla 5-7 təsbeh istehsal edir. Onun məharətlə hazırladığı təsbehlər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Aydın, ümumiyyətlə, sifarişlə təsbeh istehsal etdiyini və qiymətlərin ölçüdən və sənətkarlıqdan asılı olaraq 2000-6000 Türk Lirəsi (78-232 AZN) arasında dəyişdiyini bildirir. O, təsbehlərini sadə şəkildə hazırlamağa üstünlük verir və həddindən artıq bəzəklərin daşın təbii dəyərini azaltdığını deyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники