RU

Yamal oruc tutdu, klub hərəkətə keçdi

“Barcelona” klubunun futbolçusu Lamin Yamal Ramazan ayı boyunca oruc tutacağını açıqlayıb. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu qərardan sonra klub rəhbərliyi futbolçunun fiziki durumunun zəifləməməsi üçün xüsusi proqram hazırlayıb.

Belə ki, “Barcelona FK” nın texniki və tibbi heyəti Yamal üçün fərdi qidalanma və yüklənmə planı tərtib edib. Proqram çərçivəsində onun məşq tempi, maye balansı və bərpa prosesi gündəlik nəzarətdə saxlanılacaq.

Ayxanım Məlikova

Избранный
72
unikal.az

1Источники