
Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) 14 əməkdaşı vəzifəsindən azad edilib.
AFN.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, icra başçısı Rövşən Bağırovun imzaladığı müvafiq əmrlə bu şəxslərin dövlət qulluğuna xitam verilib. Vəzifələrindən azad olunan şəxslərin siyahısını təqdim edirik:
İntiqam Əhmadov - Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Əhməd Hüseynov - Ağsu RİH başçısının Kalva kənd inzibati ərazi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Elxan Quliyev - Ağsu RİH başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Yusif Xalıqov - Ağsu RİH başçısının Bozavand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Sail Baloğlanov - Ağsu RİH başçısının Kəndoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Elmir Məmmədov - Ağsu RİH başçısının Ərəbsarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Elşən Məhərrəmov - Ağsu RİH başçısının Ləngəbiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Elnur Səlimov - Ağsu RİH başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Cahangir Babaxanov - Ağsu RİH başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini;
Teymur Əliyev - Ağsu RİH başçısının Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Fuad Kərimli - Ağsu RİH başçısının Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Taryel Qasımov - Ağsu RİH başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Rəvan Ziyazadə - Ağsu RİH başçısının Muradlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
Fəxrəddin Rüstəmov - Ağsu RİH başçısının Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi.
Məlumata görə, vəzifələrindən azad olunan həmin şəxslər başqa işlə təmin edilməyiblər.