RU

"Öz meydanımızda işi bitirəcəyimizə ümid edirik" - Dieqo Simeone

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən səfərdə "Brügge" ilə 3:3 hesablı heç-heçə edən "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone oyundan sonra fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Öncə hesabı 2:0 etdik, ardından isə 3:2 oldu. Amma rəqib buraxılan qollara çox yaxşı reaksiya verdi. Yüksək templi, bolq qollu, keyfiyyətli oyun izlədik. Evə müsbət nəticə ilə qayıdırıq. Öz meydanımızda işi bitirəcəyimizə ümid edirik".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması fevralın 24-də baş tutacaq. Madriddəki "Sivistas Metropolitano" stadionunda keçiriləcək qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək.

Nihat

Избранный
44
1
fanat.az

2Источники