RU

Fransanın qərbində fövqəladə vəziyyət elan olunacaq

Bakı. Trend:

Fransa hakimiyyəti ölkənin qərbinə düşən rekord səviyyədəyağıntı ilə əlaqədar yaşanan daşqınlarla əlaqədar fövqəladəvəziyyət rejimi elan etmək niyyətindədir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri SebastianLekornu açıqlama verib.

“Ölkənin qərbində baş verən daşqınlar tam səfərbərliyi tələbedir. Təbii fəlakət statusunun tanınması prosedurlarınabaşlanılıb”, – deyə o "X" hesabında yazıb.

Baş nazir qeyd edib ki, bu prosedur zərərçəkmiş kommunalarakompensasiyaların rəsmiləşdirilməsi üçün zəruridir. O, ilkmüraciətlərin gələn həftə xüsusi komissiya tərəfindən nəzərdənkeçiriləcəyinə söz verib.

Qeyd edək ki, Fransada yağıntılar yanvarın ortalarındanbaşlayıb. Ölkədə ötən əsrin ortalarından bəri ən uzunmüddətliyağıntı dövrü müşahidə olunur. Bəzi departamentlərdə fevralınəvvəlindən yağıntıların miqdarı orta göstəriciləri üç dəfəüstələyib.

Избранный
73
az.trend.az

1Источники