RU

ABŞ İrana təzyiqi artırır - Rubio Netanyahu ilə görüşəcək

ABŞ dövlət katibi Marko Rubio fevralın 28-də İsrailə səfər etməyi planlaşdırır.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev administrasiyasının adı açıqlanmayan rəsmisi məlumat verib.

Bildirilib ki, səfər çərçivəsində Rubionun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi gözlənilir.

Məlumata görə, görüşün əsas müzakirə mövzusu ABŞ və İran arasında aparılan nüvə danışıqlarının gedişatı olacaq. Rubio Netanyahuya danışıqların son vəziyyəti və Vaşinqtonun mövqeyi barədə ətraflı məlumat verməyi planlaşdırır.

Daşqın HəsənovMissiya.Az

Избранный
47
missiya.az

1Источники