RU

Qazaxıstanda kafe binasının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Qazaxıstanda

Bakı, 4 yanvar, AZƏRTAC

Qazaxıstanın Uralsk şəhərində qaz-hava qarışığının partlaması nəticəsində kafe binasının uçması 2 nəfərin ölümünə, 6 nəfərin isə yaralanmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda Fövqəladə Hallar Departamentinin qüvvələri dağılmış tikililərin altından 6 nəfəri çıxarıb, onlardan 5-i tibb müəssisələrinə çatdırılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib. Həmçinin iki nəfərin öldüyü aşkar edilib, onların şəxsiyyəti müəyyənləşdirilir”, - deyə məlumatda bildirilib.

Xilasedicilərin sözlərinə görə, dağılmış tikililərin altında daha çox insan ola bilər. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, polisin, yerli icra hakimiyyəti orqanlarının və təcili tibbi yardım xidmətlərinin qüvvələri - ümumilikdə 110-dan çox insan və 30 texnika işləyir.

Избранный
321
50
azertag.az

10Источники