RU

Kreml: Rusiya-İran təlimləri ABŞ-la gərginliyin artmasından əvvəl razılaşdırılıb

Rusiya İran ətrafında görünməmiş bir gərginlik qeydə alır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, ölkəsinin Yaxın Şərqdəki bütün tərəfləri təmkinli olmağa və diplomatiyadan istifadə etməyə çağırdığını söyləyib.

Kreml rəsmisi Oman körfəzində keçirilən Rusiya-İran hərbi dəniz təlimləri barədə də danışıb. Peskov bildirib ki, bu təlimlər əvvəlcədən planlaşdırılıb və ABŞ-ın iştirak etdiyi gərginliyin artmasından əvvəl razılaşdırılıb.

Избранный
17
1
apa.az

2Источники