RU

Keçid hökuməti işə başladı

Bolqarıstan müvəqqəti hökuməti Parlamentdə keçirilən andiçmə mərasimindən sonra rəsmən fəaliyyətinə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Andrey Qurovun qurduğu müvəqqəti hökumət üzvlərinin andiçmə mərasimi üçün parlamentdə növbədənkənar iclas keçirilib.

Mərasimdə hökumət üzvləri and içiblər. Növbədənkənar parlament seçkilərinə qədər vəzifə icra edəcək müvəqqəti Baş nazir Qurov mərasimdən sonra etdiyi açıqlamada deyib:

"Mən və müvəqqəti hökumət dürüst seçkilər hazırlamaq və daimi kabinet qurulana qədər ölkəni sakit, ağlabatan və faktlara əsaslanaraq idarə etmək məsuliyyətini öz üzərimizə götürürük".

Hökumətin əsas vəzifəsi 19 apreldə keçiriləcək Bolqarıstan Milli Məclisinə növbədənkənar seçkilərin təşkilidir.

Ölkədə davam edən siyasi qeyri-sabitlik səbəbindən Baş nazir Qurovun hökuməti Bolqarıstanda son beş ildə hakimiyyətə gələn 7-ci müvəqqəti hökumət olacaq.

Избранный
52
cebheinfo.az

1Источники