RU

Kolumbiyada əsgəri ildırım vurub - FOTO

Kolumbiyanın Kauka departamentindəki hərbi bazada bir əsgəri ildırım vurub.

Herbiand.az bildirir ki, bu barədə Need To Know xəbər verir.

Hadisə fevralın 15-də Popayan şəhərindəki bazada baş verib. Müşahidə kameraları əsgərin ildırım zamanı helikopterə yaxınlaşdığı anı qeydə alıb. Həmin anda ona elektrik cərəyanı dəyib. Əsgər yıxılıb və huşunu itirib.

Hərbçi dərhal xəstəxanaya aparılıb və orada lazımi tibbi yardım göstərilib. Hazırda onun həyatı təhlükədə deyil.

Araşdırma nəticəsində məlum olub ki, ildırım helikopteri vurub, eyni zamanda çox yaxınlaşan əsgərə də dəyib.

Bəxtiyar CƏFƏRLİ



Избранный
56
herbiand.az

1Источники